Yuxarı

Azərbaycanlı vəkil Rusiyada medal aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı vəkil Rusiyada medal aldı

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru F.Plevako adına gümüş medala layiq görülüb.

Məlumata görə, Moskvada F.Plevako adına ali vəkillər mükafatının 16-cı təqdimat mərasimi keçirilib.

Mükafatları Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Vəkillik və Notariat Akademiyasının rektoru Həsən Mirzəyev, Rusiya Federal Vəkillər İttifaqının prezidenti Aleksey Qaloqanov, Moskva Vəkillər Palatasının prezidenti Genri Reznik təqdim ediblər.

Rusiyada vəkillik fəaliyyətinin 150 illiyinə həsr olunmuş tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru, Rusiyanın fəxri vəkili, Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti İlqar Hacıyev S.Plevako adına gümüş medala layiq görülüb.

Rusiya Vəkillər Gildiyasının prezidenti Həsən Mirzəyev mükafatı təqdim edərək deyib ki, böyük təcrübəyə malik vəkil olan İlqar Hacıyev Azərbaycan diasporunun üzvləri ilə yanaşı, Rusiya vətəndaşlarının da mənafelərinin müdafiəsini uğurla həyata keçirir. /ANS/

Tarix
2014.04.26 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla