Yuxarı

Bu gün Korlar günüdür - Konfrans

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Korlar günüdür - Konfrans

13 noyabr Beynəlxalq korlar günüdür.

Bu gün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində konfrans keçirilib. Konfransı Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti Simyar Abdullayev açaraq Beynəlxalq korlar gününün tarixi barədə məlumat verdi. İctimaiyyətin, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin diqqətini görmə qüsurlu insanların mövcud problemlərinə diqqəti cəlb etmək üçün bu günün xüsusi rolu olduğunu qeyd edən Simyar Abdullayev, həmçinin gözdən əlillər üçün nəzərdə tutulmuş "Reabilitasiya Tədris mərkəzi"ndən söz açaraq həmin mərkəzin bu ilin sonunda açılacağını konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Ümumdünya Səhiyyə təşkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyonu gözdən əlildir. Ölkəmizdə isə bu göstərici 30-35 min təşkil edir.

Tədbirin sonunda Böyük Britaniyanın "OXFAM" Humanitar Təşkilatının maliyyə, "İNTERNYUS Azərbaycan" İctimai Birliyinin texniki dəstəyi ilə müəllifi və rejissoru Gültəkin Nəriman olan "Zülmətlə mübarizə" filminin təqdimatı keçirildi.

Tarix
2013.11.13 / 15:04
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla