Yuxarı

Azad Rəhimovdan yeyinti faktları ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad Rəhimovdan yeyinti faktları ilə bağlı açıqlama

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Olimpiya komplekslərinin tikintisi zamanı yeyinti faktlarına yol verildiyi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı bəzi KİV-lərdə yayılan məlumatlar tam şəkildə qeyri-peşəkarlıq nümunəsidir: "Məlumat yayanda nazirliyə, mətbuat katibliyinə zəng vurub rəqəmləri soruşmaq və heç bir problem olmadan o rəqəmləri əldə etmək olardı. Əksinə, hansısa mətbuat orqanları özləri öz tərəfindən hansısa naməlum mənbədən rəqəmlər tapırlar, onu səsləndirirlər, sonra həmin rəqəmlərlə bağlı bizə sual verirlər. Biz belə hallarda yalnız gülməli vəziyyətdə qalırıq. Məsələn, Sabirabad Olimpiya Kompleksi 8 milyon 370 min manata tikilib. Həmin mətbuat orqanı deyir ki, 837 minə tikilib. Bu, onun öz səhvidir. Sonra öz səhvinin üstündə başlayır ki, niyə o birilərinə nisbətən bu rəqəm belə azdır? Bu, gülməli məqamdır və biz buna fikir vermirik". /Trend/

Tarix
2014.04.28 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla