Yuxarı

Kəmaləddin Heydərov vətəndaşları qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov vətəndaşları qəbul etdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 28-də Qəbələ rayonunda vətəndaşların qəbulunu keçirib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, qəbulda Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin şikayət və təkliflərini dinlənilib.

Şimal-qərb zonasında baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ rayon Mədəniyyət Mərkəzində, digər məsələlərlə bağlı qəbul isə Fövqəladə Hallar Nazirliyinin Simal-Qərb Regional Mərkəzinin inzibati binasında aparılıb.

Nazir K. Heydərov qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib.

Qəbulda FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Bundan başqa, işlə təmin edilmə və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Tarix
2014.04.28 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla