Yuxarı

Azərbaycan 12 İran vətəndaşı ölkəsinə təhvil verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan 12 İran vətəndaşı ölkəsinə təhvil verdi

Bu gün Azərbaycan həbsxanalarında cəza çəkən daha 12 İran vətəndaşı Astara keçid məntəqəsindən İran məhkəmə sisteminin nümayəndəsinə təhvil verilib.

Məhbusların təhvil verilməsi İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında baş tutub. Bunu İranın Azərbaycandakı səfirliyinin konsulu Möhsün Molayi bildirib.

M.Molayi deyib ki, son aylarda iki ölkənin münasibətlərində müsbət ab-havanın yaranması, İranın Azərbaycandakı səfirliyinin səyi və Azərbaycan hökumətinin əməkdaşlığı ilə son bir ay ərzində Azərbaycan həbsxanalarında cəza çəkən 34 İran vətəndaşı ölkəyə qaytarılıb və daha 35 nəfərin yaxın bir ay ərzində İrana qaytarılması razılaşdırılıb.

O, qeyd edib ki, bu gün qaytarılan məhbuslardan üçü qadındır.

Konsul onu da əlavə edib ki, hazırda Azərbaycan həbsxanalarında təxminən 150-ə yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotiklərin satışı və daşınmasına görə həbs olunub.

Qeyd edək ki, ötən həftələr ərzində İranda cəza çəkən 5 Azərbaycan vətəndaşı ölkəmizə qaytarılıb. /Trend/

Tarix
2014.04.29 / 17:27
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla