Yuxarı

Ali məktəblərə sənəd qəbulu başa çatır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali məktəblərə sənəd qəbulu başa çatır

2014-2015-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak üçün indiyədək 94 109 abituriyent sənəd verib.

Ərizəsini təsdiqlədənlərin 85 502-si Azərbaycan, 8607-si rus bölməsinin abituriyentləridir.
Abituriyentlərin 34 164-ü I, 22 771-i II, 25 420-si III, 11 754-ü IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün sənəd verib.

Qeyd edək ki, ali və orta ixtisas məktəblərinə sənəd qəbuluna aprelin 1-dən başlanılıb.

Sənəd Qəbulu Komissiyalarında sənədlərin qəbulu və təsdiqi bu gün saat 17.00-da başa çatır. Sənədlərini internet vasitəsilə özləri təsdiq etdirmək istəyən abituriyentlər isə saat 23.59-a kimi sənədlərini təsdiq etdirə bilərlər. /Trend/

Tarix
2014.04.30 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla