Yuxarı

Bakı-Qazax yolunda ağır qəza; ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Qazax yolunda ağır qəza; ölən var

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Tovuz rayonunun Qovlar şəhəri ərazisində qeydə alınıb.

Qovlar şəhər sakini, 1989-cu il təvəllüdlü Mahir Rzayevin idarə etdiyi "KİA" markalı avtomobillə, Tovuz rayon Düz Qırıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Gülnarə Mehdiyevanın idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza nəticəsində "KİA"-da olan 2 sərnişin və sürücü, "VAZ 2107" markalı avtomobildə olan 2 sərnişin xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağır bədən xəsarəti alan, "KİA"-nın sərnişini, 21 yaşlı Kamran Yadigarov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Tarix
2014.04.30 / 14:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

Bakıdan sarsıdıcı zərbə olmasaydı...

Zəngəzur dəhlizi Şərqlə Qərb arasında... - Nazir

Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla