Yuxarı

Tanınmış jurnalist KİV Fondunu tənqid etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) bu gün keçirilən qurultayında çıxış edib.

S.Verdizadə gündəlikdə duran məsələlər barədə danışdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinə toxunub.

Tanınmış jurnalist deyib kİ, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mütərəqqi addımdır. Amma Fond fəaliyyət konsepsiyasına yenidən baxmalıdır: "Cənab Prezident KİVDF-ni ayrı-ayrı qəzetlərin baş redaktorlarının rifah halını yaxşılaşdırmaq üçün yaratmayıb. KİV Fondunun fəaliyyəti bütövlükdə mətbuatın inkişafına xidmət etməlidir. Ötən il 10-a yaxın qəzet KİVDF-dən üst-üstə 120 min manat qrant və yardım alıb. Araşdırsaq görərik ki, həmin qəzetlərin real olaraq 200-300 oxucusu yoxdur, abunə hesabına ayaqda dururlar. Amma Azərbaycanda Musavat.com, Lent.az, Qafqazinfo.az, Modern.az, Azxeber.com, Aznews.az, Axar.az və digər saytlar var ki, onların gündəlik ziyarətçi sayı 20-50 min arasında dəyişir. Təklif edirəm ki, KİV Fondu bu saytlar üçün də maliyyə yardımı ayırsın. O cümlədən, APA, "Trend", Azadinform, MİA və digər nüfuzlu informasiya agentlikləri də Fondun imkanlarından yararlanmalıdır".

S. Verdizadə jurnalist təşkilatlarının fəaliyyətinə də toxunub. Qeyd edib ki, KİV-lərlə yanaşı, informasiya agentliklərinin da inkişafına diqqət ayrılmalıdır: "Ölkədə fəaliyyət göstərən jurnalist təşkilatları yalnız Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə vəsaiti ala bilirlər. Jurnalist təşkilatları ayaqda qaldıqları üçün QHT Şurasının sədri, millət vəkili Ayaz Quliyevə minnətdar olmalıdırlar. Əvvəllər KİVDF də jurnalist təşkilatlarının mətbuatla bağlı layihələrini maliyyələşdirirdi. Amma nədənsə son illər bu məsələyə barmaqarası yanaşılır. Təklif edirəm ki, qəzetlər üçün nəzərdə tutulan illik 120 min manat vəsaitin heç olmasa 10 faizi jurnalist təşkilatları üçün ayrılsın. Jurnalist təşkilatlarının güclənməsi ölkədə KİV-lərin inkişaflna töhfə verə bilər".

Tarix
2014.05.03 / 18:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla