Yuxarı

Zabit atasını diz çökdürərək güllələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zabit atasını diz çökdürərək güllələdi

Türkiyənin Bartın vilayətində 37 yaşlı dəniz qüvvələri ehtiyatda olan zabiti Bülənt Aydınözün törətdiyi cinayət eşidənləri dəhşətə gətirib. İddiaya görə, uşaqlıqda da şiddət görən Bülənt musiqi açaraq 60 yaşlı atası Rəcəb Aydınözü diz çökdürüb, tapançayla 5 dəfə atəş açaraq güllələyib.

Anası və qardaşlarına məktub yazan ehtiyatda olan zabit daha sonra öz başına tapançayla atəş açaraq özünü öldürüb. Hadisə gecə saat 01:00 radələrində Bartının Gözəlçəhisar kəndinin Hisar məhəlləsində baş verib. Dənizdə olan ehtiyat zabit Bülənt Aydınöz icazə alaraq məmləkəti Bartına gəlibmiş.

Bülənt Aydınöz taxta-şalban fabrikində işləyirmiş.

"Bu gün çox ağrılı bir gün olacaq"

3 ay əvvəl həyat yoldaşından boşanan Bülənt Aydınöz Bartına xəstə anasına baş çəkməyə gəlibmiş, gecə də kənddə yaşayan atasının yanına gedib.

Bülənt Aydınöz "Facebook" sosial şəbəkəsində sonuncu dəfə bu statusu paylaşıb: "Bacı-qardaşlarım anam sizə əmanətdir, bu gün çox ağrılı bir gün olacaq. Haqqınızı halal edin".

Son gülləsini özünə sıxıb

Anası və yaxınlarına məktub yazan Bülənt son gülləsini öz başına vurub.

3 mərtəbəli evin 2-ci mərtəbəsindən gələn yüksək musiqi səsini eşidən bina sakinləri polisə müraciət edib. Evə girən polis işçiləri ata və oğulun cəsədlərini yerdə görüb. Evdə aparılan araşdırmadan sonra cəsədlər tibbi ekspertizaya göndərilib.

Yaxınları Büləntin qumarda uduzduğuna görə torpaqlarını satıb-satmamaq üstündə atasıyla mübahisə etdiyini bildiriblər.

Hadisəylə əlaqədar istintaq başlayıb.

Tarix
2013.11.15 / 16:10
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

"Royad Məmmədov" gəmisinin vurulma anı - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla