Yuxarı

Rüşvət istədilər, bomba xəbəri yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüşvət istədilər, bomba xəbəri yaydı

Bu gün saat 13-14 radələrində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Şəhər inzibati binasına bomba qoyulması barədə məlumat yayılıb.

İdarəyə bomba qoyulması barədə məlumat verən şəxs rayonun Boladi kənd sakini, II qrup Qarabağ müharibəsi əlili, 1973-cü il təvəllüdlü Habil Mirzə oğlu Sadıqov könüllü olaraq Lənkəran Rayon Polis Şöbəsinə təslim olub və yalan xəbər verdiyini deyib.

***

"Axar.az" hadisənin təfərrüatlarıyla bağlı məlumat əldə edib. Əldə etdiyimiz məlumata görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti işçisinin Qarabağ veteranı Habil Sadıqovdan külli miqdarda rüşvət istəməsi onu bu addımı atmağa məcbur edib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2013.11.15 / 19:55
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla