Yuxarı

Ucuz istirahət etməyin yolları - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ucuz istirahət etməyin yolları - Açıqlama

İstirahətə yollanan insan adətən, 1-2 günlük deyil, ən azı bir həftə, on gün dincəlmək istəyir. Bu müddətdə tətilin sərfəli başa gəlməsi üçün həm zona olaraq, həm otel olaraq ucuz yerin seçilməsi mütləqdir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

O, Bakı şəhərində də ucuz istirahətin mümkünlüyünü qeyd edib, eyni zamanda əlavə edib ki, Bakıya xarici qonaqların, iş dalınca gələnlərin çox olması səbəbindən yerli əhalinin istirahəti üçün sərfəli qiymətə otel tapmaq çətin olur.

Müzəffər Ağakərimov yerli əhalinin uyğun qiymətə istirahəti üçün bu təklifləri verib:

“Yayda istirahət üçün əsasən bölgələr seçilir. Rayonlarda istirahət üçün ucuz, orta və bahalı yerlər tapmaq mümkündür. İstirahətin yay aylarında ən ucuz başa gəldiyi yer isə mənə elə gəlir, şimal-şərq regionu, Nabran zonasıdır”.

Ekspertin fikrincə, regionlarda aztəminatlı vətəndaşların, təqaüdçülərin və tələbələrin rahat istirahətini təmin etmək üçün mini-sahibkarlara, 1-2 ulduzlu otellərə, hostellərə ehtiyac var: “Ucuz otellər nə qədər çox olarsa, kütləvi turizm o qədər yaxşı inkişaf edər”.

Müzəffər Ağakərimov xariclə müqayisə edərək Türkiyədə, İranda, Rusiyada və başqa bu kimi ölkələrdə ucuz otellərin kifayət qədər çox olduğunu bildirib.

Müşavir son illər əhalinin əvvəlki kimi xaricə səfər etmədiyini, istirahət üçün ölkədaxili turizmə üstünlük verdiyini vurğulayıb.

Tarix
2017.06.03 / 22:56
Müəllif
Nübar Lətifli
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla