Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Mart 2019


Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla bu gün universitetin akt zalında ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında çalışan universitetin 1000 nəfərə yaxın könüllü tələbəsinin böyük bir qrupu və akademik borcu olan tələblərlə görüşüb, onların problemləri ilə maraqlanıb.

Axar.az xəbər verir ki, tələbələr yeni rektoru sürəkli alqışlar və böyük coşğu ilə qarşılayıblar.

Tədbiri giriş sözü ilə açan ADU-nun prorektoru Əfqan Abdullayev hamını salamlayıb, tədbir iştirakçıları adından yeni rektor təyin edilən Kamal Abdullanı təbrik edib və sözü yeni rektora verib.

Akademik Kamal Abdulla təbdir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ona çox böyük etimad göstərib. Bu etimada görə ölkə başçısına təşəkkürünü bildirən rektor qeyd edib ki, ölkə başçısının bu yüksək etimadını doğrultmaq üçün var gücü ilə çalışacaq.

Kamal Abdulla deyib ki, ölkə başçısı cənab İlham Əliyev hər sahədə olduğu kimi təhsil sahəsində də, xüsusən Dillər Univeristeti ilə bağlı konkret hədəflər göstərib və bu hədəflərə çatmaq üçün universitetin hər bir tələbəsi də, hər bir əməkdaşı da əzmlə çalışmalıdır.

Rektor xatırladıb ki, ADU onun üçün əziz yerdir, uzun illər burda çalışıb, yenidən doğma kollektivə qayıtdığı üçün özünü xoşbəxt hiss edir.

Rektor ölkəmizdə keçirilən beynəlxalq idman və mədəniyyət istiqamətli tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edən, Azərbaycan mədəniyyətini, Azərbaycan gəncliyini dünyaya tanıdan Universitetin 1000 nəfərdən çox könüllüyə Universitet adından və şəxsən öz adından təşəkkürlərini bildirib. Akademik Kamal Abdulla daha sonra akademik borcu olan tələbələrin problemləri ilə tanış olduğunu dilə gətirib, problemlərin həlli üçün konkret göstərişlər verib. Tələbələr bu müsbət göstərişləri böyük alqışlarla qarşılayıblar.

Rektor akademik borcu olan tələbələrin kəsrlərinin ödənməsi məqsədilə təşkil edilən yay məktəbinin ödənişsiz olması barədə göstəriş verib.

Qeyd edək ki, ölkə universitetləri arasında ilk dəfədir belə bir addım atılır. Bu addımı çox böyük sevinclə qarşılayan tələbələr rektora atdığı bu humanist addıma görə təşəkkürlərini ifadə ediblər.

Kamal Abdulla qeyd edib ki, o öz prinsiplərinə sadiqdir, “mən heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəm, eyni zamanda heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəm”. Rektorun bu fikirləri də gurultulu alşıqlarla qarşılanıb.

Rektor hər bir tələbənin əlavə ədəbiyyat oxumasının vacibliyini diqqətə çatdırıb, əlavə edib ki, dekanlar tələblərin ixtisasına uyğun 10 əsər müyyənləşdirməli, tələbələr isə bu əsərləri mütləq oxumalıdırlar, əsərləri oxumayan tələbələr imtahana buraxılmayacaq.

Kamal Abdulla hər bir tələbənin ikinci xarici dil bilməsinin vacibliyini vurğulayıb, bunun üçün əllərindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırıb.

Rektor universitetin əsas binasında kitabxananın olmamasını təəssüflə qeyd edərək məlumat verib ki, problemin həlli üçün ilk addım olaraq kitabxana punktunun yaradılması nəzərdə tutulur.

Sonda rektor tələbələrin imtahanla bağlı, dərs prosesində olan problemlər, dərs vəsaitlərinin çatışmaması ilə əlaqədar suallarını cavablandırılıb. Qeyd etmək lazımdır ki, təxminən 50-yə yaxın tələbə onları maraqlandıran suallarla bağlı rektora sual ünvanlayıb və Kamal Abdulla bütün sualları cavablandırıb.

Tarix
2017.06.08 / 21:48
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Ziya Məmmədov villasını ucuz qiymətə satışa çıxardı - Foto

Tiflisdə Novruz şənliyi - Foto

XİN Paşinyanın iddialarını darmadağın etdi - Açıqlama

"Vaşinqton Post" ölkəmizin uğurlarından yazdı

Kamil Zeynallı azadlığa buraxıldı - Video

FHN BNA-nın yalanını çıxartdı: Yanğını təkzib etmək...

Ukraynalı jurnalistin Azərbaycan sevgisi

Gələn aydan ailələrə uşaqpulu verilir? - Rəsmi cavab

Baxtadze azərbaycanlılarla Novruz şənliyində

Sabah hava necə olacaq? - Proqnoz

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla