Yuxarı

Milli İnternet Mükafatının qalibləri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli İnternet Mükafatının qalibləri açıqlandı

Azərsell Telekom MMC-nin növbəti dəfə dəstək verdiyi “NETTY 2017” - Azərbaycan Milli İnternet Mükafatının qalibləri açıqlanıb. 13-cü dəfə baş tutan və “Azərsell”in əsas partnyoru olduğu “NETTY-2017” - Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Şirkətdən Axar.az-a verilən məlumata görə, təntənəli mükafatlandırma mərasimində ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər. Ölkədə informasiya texnologiyaları sahəsinin tanınmış nümayəndələrindən ibarət NETTY Akademiyası qalibləri müsabiqədə iştirak edən 117 layihə və resurs içərisindən seçib.

Müsabiqə çərçivəsində “Azərbaycan”, “Dövlət saytı”, “Elm və təhsil”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis sayt”, “Korporativ sayt”, “Elektron Kommersiya sahəsində ən yaxşı sayt”, “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi” nominasiyaları üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkilib, fəxri nominasiyalar (“İlin proqramı”, “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi” və “İlin İT hadisəsi”) üzrə mükafatlar verilib.

Azərsell Telecom MMC-nin Barama Mərkəzinin rezidenti olan “Green Baku” layihəsi “NETTY-2017” Azərbaycan Milli İnternet Mükafatının qaliblərindən biri olub. Belə ki, “Green Baku” - Ekoloji dəftərxana məhsullarını təqdim edən startupın təqdim etdiyi www.greenbaku.az saytı "Cəmiyyət" nominasiyasının ən uğurlu layihəsi seçilib.

Xatırladaq ki, “NETTY” çərçivəsində bu il ilk dəfə “İlin İT meneceri” nominasiyası keçirilib və onun vasitəsilə ölkənin İT departamentlərinin ən yaxşısı elan olunub. Beləliklə, “NETTY 2017” müsabiqəsinin qalibləri sırasında “Elm və təhsil” nominasiyasında http://prospectacademy.az/, “İnformasiya və xəbərlər” nominasiyasında http://sputnik.az/, “Virtual jürinin seçimi” nominasiyasında http://www.ferdiders.az/, “Mobil avadanlıqlar üçün ilin proqramı” nominasiyasında “Baku Airport”olub. İlin İT-hadisəsi “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi: Bakının bir sıra ictimai yerlərində Wi-Fi xidməti” elan edilib, İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə fəxri mükafat isə ADA Universitetinin informasiya məsələləri üzrə rəhbəri Rahid Ələkbərli alıb.

Qeyd edək ki, “Azərsell” şirkəti Azərbaycanlı gənclərin İT, İKT sahəsində biliklərinin artmasına, onların dünya səviyyəli peşəkarlara çevrilməsinə yardım olan layihələrə hər zaman dəstək olur, ölkəmizdə Azərbaycan dilində olan kontentin yaradılması və inkişaf etditilməsi üzrə aparılan bütün işlərdə öz töhfəsini əsirgəmir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2017.06.12 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Çevik iş saatı tətbiq edilir – Tıxac aradan qalxacaq?

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

Prezident Məhəmməd Əbdülsalamı qəbul etdi

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla