Yuxarı

Azərbaycanlılar pullarını tələb edir - Bank qanunsuzdur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycan vilayətlərinin müxtəlif şəhərlərində “Samin” kredit təşkilatının müflis olduğu ilə bağlı xəbər yayıldıqdan sonra əmanətçilər kredit təşkilatı şöbələrinin önündə toplaşıb.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda iyunun 18-i Miyana, Meşginşəhr, Astara və Parsabadda əmanətçilərin “Samin” kredit təşkilatı şöbələrinə müraciət edib, pullarını geri almaq istədikləri bildirilib. Ölkənin daha bir neçə şəhərində də oxşar hadisə baş verib.

Kredit təşkilatının Miyana şöbələrindən birinin rəisi əmanətçilərin pulunu qaytarmaqda heç bir problem olmadığını, bir həftə ərzində hər şeyin öz qaydasına düşəcəyini qeyd edib:

“Samin” digər kredit təşkilatı olan “Kövsər”lə birləşib. Bu xəbər yayıldıqdan sonra əhali kredit təşkilatının müflis olduğunu düşünərək bütün şöbələrə müraciət edib, öz əmanətlərini geri istəyiblər, nəticədə izdiham yaranıb”.

İLNA xəbər agentliyi isə “Samin” kredit təşkilatının mərkəzi bankdan lisenziya almadığını və qanunsuz olaraq fəaliyyət göstərdiyini yazıb. Ona görə də Mərkəzi Bankın bu məsələdə cavabdehlik daşımadığı bildirilir.

Qeyd edək ki, son aylarda İranda bank olmayan kredit təşkilatlarının bir neçəsində ciddi problemlər yaşanır. Əmanətçilər kredit təşkilatlarına qoyduqları pulları və onun faizini ala bilmir. Bu məsələ Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində hətta kütləvi etiraz aksiyalarına səbəb olub.

Tarix
2017.06.19 / 17:15
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həll olunması bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla