Yuxarı

Azərbaycan Xalça Muzeyi beynəlxalq festivala qatıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda keçirilən Beynəlxalq Xalça Festivalı Axaltsixe şəhərində yerləşən Rabat qalasında davam etdirilib. Festivalda Azərbaycan Xalça Muzeyi ayrıca pavilyonla təmsil olunub.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, tədbirə muzeyin kolleksiyasından 24 ədəd eksponat gətirilib: "Eksponatların hamısı Azərbaycanın müxtəlif bölgələrini və XIX əsrin sonu XX əsrin əvvələrini əhatə edir. Eksponatlar fərqli texnologiyalar əsasında hazırlanmış müxtəlif xalça məmulatlarıdır. Azərbaycan pavilyonuna ziyarətçilər arasında böyük maraq var".

Ş. Məlikova Azərbaycan xalçaları haqqında təqdimat zamanı qeyd edib ki, Azərbaycan xalçaları və zəngin xalça sənəti ölkənin ən böyük sərvətidir. "Azərbaycanın xalçaçılıq sənəti dünyada özünün müxtəlif kompozisiya və ornamentləri ilə fərqlənir və onlar Azərbaycanın tarixi və fəlsəfəsi ilə sıx bağlıdır", - deyə o əlavə edib.

Azərbaycan pavilyonunda həmçinin əl işi olan milli suvenirlər, kələğayı və müxtəlif xalça məmulatlarının satış yarmarkası da təşkil olunub.

Festival çərçivəsində Azərbaycan Xalça Muzeyinin baş rəssamı Tariyel Bəşirov və qızı Bahar Bəşirova çətən sənəti barədə ustad dərsləri keçiblər. "Çalışırıq ki, pavilyona baş çəkən hər bir ziyarətçi Azərbaycanın qədim xalça növü olan çətən sənətinin texnologiyasından xəbərdar olsun", - deyə T. Bəşirov qeyd edib.

Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Xalça Festivalında Azərbaycanla yanaşı Gürcüstan, İran, Türkmənistan, Qırğızıstan, Hindistan, Ermənistan, Türkiyə də iştirak edib.

Festival çərçivəsində yerli və dəvət olunmuş ustalar ziyarətçilərə xalçaçılığın müxtəlif mərhələlərini və texnikasını nümayiş etdiriblər. Həmçinin xalça, ornamentlərin hazırlanması üzrə müxtəlif master-klas və maarifləndirici proqramlar keçirilib.

Tarix
2017.07.01 / 16:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla