Yuxarı

Ev tikdirənlər diqqətli olun! - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərdi qayda da ev tikdirənlər diqqətli olmalıdır. Çünki tikinti zamanı baş verəcək bədbəxt hadisələrdən birbaşa onlar məsuliyyət daşıyır. Tikinti ekspertlərinin sözlərinə görə, ev sahibləri ilə işçilər arasında münasibətlər müəyyən qaydalarla tənzimlənir. Hər bir sifarişçi də həmin qaydalara əməl etməlidir. Söhbət hansı tələblərdən gedir?

Xəzər xəbər-in məlumatına görə, son dövrlər həyət evlərinin tikintisinin artması orada çalışan işçilərin texini təhlükəsizlik məsələlərini aktuallaşdırıb. Çəkiliş zamanı məlum oldu ki, fərdi ev tikdirən əksər sifarişçi işçilərlə müqavilə bağlamır. Üstəlik işçilərin təhlükəsizliyinin hansı səviyyədə olduğuna da diqqət etmirlər.

Ancaq tikinti ekspertləri bu məsələdə fərdi ev tikdirən şəxsləri diqqətli olmağa səsləyir. Ekspert Şirin Şərifovun sözlərinə görə, bu kimi hallarda hər hansı bədbəxt hadisənin baş verməsindən birbaşa olaraq ev sahibləri məsuliyyət daşıyır.

Ekspertin sözlərinə görə, evin tikintisi zamanı texniki təhlükəsizliyə əməl edilməklə yanaşı, baş verə biləcək hadisədən minimum zərərlə çıxmağın yolları da müəyyən edilməlidir.

Şirin Şərifov deyir ki, ev sahibləri bu kimi risklərdən maksimum qorunmaq üçün deyilən tələblərə mütləq əməl etməlidirlər. Həmçinin tikintini ixtisaslaşmış tikinti şirkətlərinə həvalə etmək də ev sahiblərinin məsuliyyətini azalda bilər.

Tarix
2017.07.01 / 22:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla