Yuxarı

Azərbaycanda böyük amnistiya: gözlənilən vaxt açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda amnistiya veriləcəyi gözlənilmir.

Axar.az xəbər verir ki, bu barədə Modern.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev amnistiya gözləntilərinə aydınlıq gətirərkən deyib.

O, amnistiya aktının ötən il tətbiq olunduğunu xatıladıb: "Novruz baramında əfv sərəncamı verildiyini, 2016-cı ilin mayında amnistiya tətbiq olunduğunu nəzərə alsaq, yeni bir aministiya veriləcəyi gözlənilmir”.

Növbəti amnistiya aktının tətbiqinə gəlincə, Komissiya üzvü bunları bildirib: “2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyi və mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində amnistiya verilə bilər. Hər halda indidən qəti fikir söyləmək çox tezdir. Amma əminliklə deyə bilərəm ki, bu ilin sonuna qədər amnistiya tətbiqini real hesab etmirəm”.

Xatırladaq ki, ötən il Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "28 May” - Respublika günü münasibətilə amnistiya elan edilib. Amnistiya qərarı ümumilikdə 10868 nəfərə şamil olunub. Amnisitiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilib. Onlardan 2842 məhkum cəza çəkməkdən azad olunub, 635 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb və 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onlar azad edilməsi qərara alınıb.

Tarix
2017.07.02 / 16:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla