Yuxarı

Su sayğacları yenidən dəyişdirilir - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Su sayğacları yenidən dəyişdirilir -

11:14

Azərsu ASC smart tipli sayğacları dəyişməyə başlayır.

Axar.az xəbər verir ki, bu haqda məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı paylaşıb. Ona bu baqda Nizami rayon Su Kanal İdarəsinin işçisi məlumat verib. Bildirib ki, smart tipli sayğacların çoxu qüsurlu və nasaz olduğu üçün dəyişdirilir:

“Məni də xəbərdar etdi ki, kartdakı su qurtaranda xəbər edim, gəlib dəyişsinlər. Yaxın günlərdə bütün smart tipli sayğacların deyişdirilməsinə başçlanılacaq”.

Azərsu ASC-dən yayılan məlumatla bağlı açıqlama veriləcəyi bildirildi.

Qeyd edək ki, smart tipli su sayğaclarının quraşdırılmasına 2012-ci ilin may ayında başlanılıb.

***

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Axar.az-a bildirib ki, smart tipli sayğacların kütləvi dəyişdirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Ola bilər ki, fərdi qaydada kiminsə sayğacında problem yaranıb və o, yenisi ilə əvəzlənib və ya əvəzlənəcək. Ancaq bu, kütləvi şəkildə deyil. Yəni smart tipli sayğaclarda heç bir qüsur yoxdur və dəyişdirilməsi də gözlənilmir”.

Tarix
2017.07.03 / 11:35
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla