Yuxarı

Kadırov azərbaycanlı naziri mükafatlandırdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov azərbaycanlı naziri mükafatlandırdı - Video

Çeçenistan lideri Ramzan Kadırov ölkənin Azərbaycan əsilli səhiyyə naziri Elxan Süleymanovu mükafatlandırıb.

Azvision.az-ın məlumatına görə, E.Süleymanova Çeçenistanın ən ali mükafatı olan Kadırov ordenini təqdim edilib.

“Bu gün tibb işçilərinin şərəfinə rəsmi qəbul təşkil etdim. Qəbulda Çeçenistan Respublikasının səhiyyə naziri, qardaşım Elxan Süleymanov, tibb müəssisələrinin rəhbərləri, həkimlər, kiçik tibb işçiləri iştirak etdilər. Son illər Çeçenistanın səhiyyə sistemi sürətli templərlə inkişaf edir. Ən son avadanlıqlarla təchiz olunan xəstəxanalar tikilib. Əziz qardaşım Elxan Abdullayeviç kadr potensialının inkişafı və həkimlərin peşə hazırlıqlarının inkişaf etdirilməsi üçün çox böyük işlər görüb. Respublikadan böyük şəhərlərə müalicəyə gedən pasiyentlərin sayı azalıb. Əksinə. bu gün digər region və ölkələrdən tibbi yardım üçün Çeçenistana gəlirlər. Mən Elxan Süleymanova Çeçenistan Respublikasının ən ali mükafatı – Kadırov ordenini təqdim etdim. Bundan əlavə, fərqlənən tibb işçilərini də mükafatlandırdım”, - deyə Kadırov qeyd edib.

Tarix
2017.07.04 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla