Yuxarı

Millət vəkili sakinlərin qayğısına qaldı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili sakinlərin qayğısına qaldı – Foto

Millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini gəzərək sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq addımlar atıb.

Axar.az xəbər verir ki, sakinlər millət vəkilinə daha çox övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsi, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı müraciət ediblər.

O, fiziki imkanları məhdud insanların müraciətləri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb.

Bundan başqa təhsil, elektrik, su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub və millət vəkili onların da həlli istiqamətində müvafiq qurumlarla danışıb.

Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı, onları narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib.

Millət vəkili kəndlərdə şəhid ailələrinin, müharibə əlillərinin, sağlamlıq imkanları məhdud şəxslərin ailələrini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.

Tarix
2017.07.04 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla