Yuxarı

DİN Hospitalında yeni şöbənin açılışı oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN Hospitalında yeni şöbənin açılışı oldu - Foto

DİN Tibb İdarəsinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının Hemodializ şöbəsinin və DİN Tibb İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin açılışı olub.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tədbirdə daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev iştirak edib.

DİN Maddi-Texniki Baş İdarəsinin rəisi, general-mayor Elçin Həsənov və Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov Hemodializ şöbəsinin qeydiyyat sektoru, hemodializ zalı, palata, əməliyyat və tibbi personal üçün ayrılmış otaqlar haqqında məlumat verərək bildiriblər ki, bura beynəlxalq standartlara cavab verən ən müasir texnika, avadanlıq və hermetik qapılarla təchiz olunub.

Gigiyena və Epidemologiya Mərkəzində analizlərin yığılması və qəbulu otaqları, həmçinin bakterioloji laboratoriyaya baxış keçirilib. Bildirilib ki, laboratoriya ən müasir tibbi avadanlıqlarla təchiz edilib.

Mərkəzlə tanışlıq zamanı bildirilib ki, yeni mərkəzin fəaliyyətə başlaması ilə burada bütün növ analizlərin həyata keçirilməsi mümkün olacaq və xəstələrin xarici ölkələrə göndərilməsinə ehtiyac qalmayacaq.

Tarix
2017.07.04 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla