Yuxarı

Polis bir cinayətin izi ilə beş oğurluğun üstünü açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis bir cinayətin izi ilə beş oğurluğun üstünü açdı

Daxili işlər orqanları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin mart ayının 24-də Sulutəpə qəsəbəsində yerləşən mənzillərdən birindən 8000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş şəxslər - Ramiz Abbasov və Toğrul Abbaslı saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, R.Abbasov və T.Abbaslı gecə saatlarında qeyd edilən mənzildə işıqların yanmadığını görərək oradan oğurluq etmək qərarına gəliblər.

Saxlanılan şəxslər qızıl-zinət əşyalarını və televizoru əvvəldən tanıdıqları Nəriman adlı şəxsə dəyər-dəyməzinə satdıqlarını bildiriblər.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qeyd edilən şəxslərdən qızılları və televizoru oğurluq olduğunu bilə-bilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Nəriman Kərimov da saxlanılaraq istintaqa təqdim olunub.

Saxlanılan şəxslərin ətraflarında aparılan sonrakı əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, onlar müxtəlif vaxtlarda Xəzər rayonunun “Albalılıq” yaşayış massivində yerləşən 5 fərdi yaşayış evindən də oğurluq ediblər.

Qeyd edilən faktlarla bağlı zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2017.07.06 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğandan xəbərdarlıq: Qardaşlığı zəiflətmək istəyənlər...

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz

Əliyevdən Ərdoğana: Dəstəyiniz ruhumuzu artırıb

Zəfər günündə bizimlə bərabər olmağınız bizi sevindirir - Əliyev

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Canlı

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

İlham Əliyev Ərdoğanı Şuşaya özü apardı - Foto

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

Türkiyə DİN də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla