Yuxarı

"Azərsell"lə peşəkar karyeraya ilk addımlar - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərsell"lə peşəkar karyeraya ilk addımlar - Foto

Azərsell Telekom MMC 2017-ci ilin Yay Tələbə Təcrübə Proqramına qəbul edilən tələbələrlə görüş keçirib.

Tədbirdə proqram qalibləri ilə yanaşı, “Azərsell” şirkətinin əməkdaşları, təcrübəçilərin gələcək mentorları, həmçinin Təhsil Nazirliyi SABAH qrupları nümayəndələri də iştirak ediblər. Görüşün məqsədi tələbələrə təcrübə proqramı və planlarını nümayiş etdirmək, gələcək karyeralarında uğur qazanmaq üçün müəyyən tövsiyyələr vermək idi.

Xatirladaq ki, bu il ilk dəfə olaraq Təhsil Nazirliyi SABAH qrupları və Azərsell Telekom MMC arasında imzalanmış memorandum çərçivəsində Azercell Yay Tələbə Təcrübə Proqramı SABAH qrup tələbə və məzunlarını də əhatə edib. SABAH qruplarından 10, ümumillikdə isə Azərbaycanın fərqli ali təhsil ocaqlarından 29 tələbə Yay Tələbə Təcrübə Proqramında iştirak hüququnu qazanıb.

Məlumat üçün bildirək ki, Yay Tələbə Təcrübə Proqramı tələbələrə telekommunikasiya sahəsinin lideri olan “Azərsell”də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Proqram çərçivəsində mərhələlərlə seçilən gənclər şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur. 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 112 tələbə “Azərsell”in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 17-si isə şirkətdə işlə təmin olunublar.

Tarix
2017.07.06 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla