Yuxarı

Gömrükdə külli miqdarda siqaret tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə külli miqdarda siqaret tutuldu

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Qusar rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı, Kiriş-Həzrə yolu istiqamətində gedən, içərisində Azərbaycan vətəndaşlarına məxsus mallar olan, Azərbaycan vətəndaşının idarə etdiyi Toyota Rav-4 markalı nəqliyyat vasitəsi saxlanılaraq baxış keçirilməsi üçün idarəyə dəvət edilib.

DGK-dan Axar.az-a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerindən və salonunda olan qara rəngli polietilen paketlərdən, əl çantalarından və nəqliyyat vasitəsində olan "Bimaks" markalı yuyucu toz qutularının içərisindən, ümumilikdə 102 680 ədəd NZ Qold Kompakt və 6000 ədəd "Marlboro" markalı siqaretlər və 20 880 ədəd "Belomorkanal" markalı papiroslar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2017.07.08 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla