Yuxarı

Ətin qiyməti niyə bahalaşıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ətin qiyməti niyə bahalaşıb?

Ərəb şeyxlərinin öz ölkələrinə qoyun əti ixracı Azərbaycanda ətin qiymətini bahalaşdırıb.

Axar.az xəbər verir ki, təxminən 2 ay əvvəl 1 manat - 1 manat 50 qəpik ucuzlaşan ət yenidən bahalaşıb. Mal əti 11 manat 50 qəpik, qoyun əti 12-13 manat, quzu əti 14 manata təklif edilir.

Bəzi məlumatlara görə, Azərbaycanda qoyun ətinin bahalaşmasında ərəblərin xüsusi payı var. İddiaya görə, isti ərəb ölkələrində yetişdirilən qoyun, quzu, mal ətinin tamı Azərbaycanda yetişdirilən mal-qara ətinin tamından çox fərqlidir və Azərbaycanın təklif etdiyi ət daha dadlıdır. Bu da həmin mal-qaranın qəbul etdiyi qida ilə bağlıdır ki, isti ərəb ölkələrində heyvanlar Azərbaycandakı kimi təbii otlaqlarda yetişdirilmir.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Modern.az-a deyib ki, qoyunların və qoyun ətinin ixracı sırf kommersiya məsələsidir:

“Bu, rentabellik baxımından da əlverişlidir. Hazırda qoyun əti kiçik partiyalarla, sınaq məqsədilə ərəb ölkələrinə ixrac olunub. Amma kütləvi qaydada ərəb ölkələrinə qoyun ixracı yoxdur. Bəlkə kimsə müəyyən səbəblərdən, yol xərclərini hesablamaq üçün aparıb. Bu, istisna edilmir”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da bildirib ki, ölkədə alıcılıq qabiliyyəti ərəblərin hesabına artıb. Bu da öz növbəsində ətə tələbatı artırdığından qiymətlər bahalaşıb.

Tarix
2017.07.10 / 10:11
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla