Yuxarı

Bu yol 50 il sonra təmir edilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yol 50 il sonra təmir edilir - Foto

Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı şəkildə təmir olunur.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, sözügedən yolun hərəkət hissəsində yaranmış dağılmış və qabarmış hissələr avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradırdı. Artıq bu problem geridə qalır.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda 188-ci km-dən başlayan təmir işləri Qusar rayon mərkəzinə qədər olan 13.7 km-lik hissəni əhatə edir.

Təmir-bərpa işləri zamanı yol genişləndirilib. Aparılan işlər çərçivəsində yolun köhnə asfat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ümumilikdə yola 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi və 6 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub.

Qeyd edək ki, 1967-68-ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq.

Tarix
2017.07.10 / 15:25
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla