Yuxarı

Tanınmış fəalın vəziyyəti ağırlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizin mərkəzi zindanında uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılan Həbib Sasanian aclıq aksiyasının 32-ci günündə xəstəxanalıq olub.

Axar.az xəbər verir ki, vəziyyəti pisləşən fəal zindanın poliklinikasına aparılıb. Məsullar fəalın aclıq aksiyasını dayandırmasına çalışıblar, vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq üçün ona sistem köçürmək istəyiblər, lakin H.Sasanian aclıq aksiyasını davam etdirməyə israr edib.

Azərbaycanlı fəala telefon vasitəsi ilə etdiyi son müraciətindən sonra ona təzyiqlər artıb.

O, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin məhkəmə prosesinə müdaxiləsi və uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlandığına etiraz olaraq iyunun 12-dən aclıq aksiyası keçirir.

H.Sasanian 2016-cı il mayın 15-də Ərdəbildə yaxalanıb. O, yaxalandığı gündən bəri müvəqqəti olaraq həbsxanada saxlanılır və “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq” ittihamı ilə mühakimə olunur, lakin irəli sürülən ittihamı qətiyyətlə rədd edir.

Tarix
2017.07.16 / 18:35
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla