İrəvan Bakıya 2 ay vədi verdi və vədi pozdu - Lavrov
02:32
Ana səhifə Toplum |
09:24
Boks üzrə dünya şemrionumuzun gecə klubunda qadını döyməsinə Azərbaycan Boks Federasiyası reaksiya verib.
Federasiyadan Axar.az-a bildirilib ki, dünya çempionu Elvin Məmişzadə ilə bağlı yayılan xəbərlər inandırıcı deyil:
“Elvin xaraktercə sakit və yolagedən biridir. Onun kiminləsə dalaşması, xüsusilə xanıma əl qaldırması inandırıcı görünmür. Federasiyanın bununla bağlı rəsmi açıqlama verməməsinə səbəb də hadisənin həqiqətən baş verdiyini sübut edəcək heç bir məqamın olmamasıdır”.
Qeyd edək ki, Yeniçağ.az-ın xəbərinə görə, 26 yaşlı Elvin Məmişzadə paytaxtın “26 land” gecə klubunda bir xanımı döyüb. Məsələ ilə bağlı polis tərəfindən araşdırma başlanıb.
Hadisənin iyulun 16-sı, gecə saat 04:00 radələrində baş verdiyi qeyd edilib.
Tarix
2017.07.17 / 12:08
|
Müəllif
Nigar İxtiyarqızı
|