Yuxarı

Prezident sərəncamı: bərbad vəziyyətdə olan yol… - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sərəncamı ilə yenidən qurulan Binəqədi-Novxanı-Corat yolunun tikintisi artıq yekunlaşır.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, 12 metrə qədər genişləndirilən yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir.

Yolun Binəqədi və Novxanı qəsəbələrini birləşdirən hissəsi artıq istifadəyə verilib.

Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1.2 km-lik hissəsində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Binəqədi-Novxanı-Corat avtomobil yolunun Novxanı qəsəbəsindən keçən qalan 6 km-lik hissəsində aparılan təmir-tikinti işləri isə son mərhələdədir.

Qeyd edək ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramışdı və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Azərbaycan Prezidenti İlham Əliyevin 40 kənd və qəsəbələrarası avtomobil yollarının yaxşılaşdırılması ilə bağlı sərəncamdan sonra sözügedən yol təmir edildi.

Tarix
2017.07.17 / 12:27
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla