Yuxarı

Naziliyin işçisi narkotikə görə işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Nazirliyin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ağdaş rayonunun meşə ərazisində birgə reyd keçirilməsi barədə məlumat yayıb.

ETSN-dən Axar.az-a verilən məlumatda bildirilir ki, reyd zamanı Ağzıbir meşəbəyliyinin 3 saylı dolayında hündürlüyü 2 metr olan 260 ədəd çətənə kolu aşkar edilib və narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Ağzıbir kənd sakini Cabir Şahmuradov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb. Narkotik xassəli çətənə bitkiləri kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil etdiklərinə və işlərində nöqsanlara yol verdiklərinə görə Ağzıbir meşəbəyliyinin 3 saylı meşə dolayı gözətçisi Məsim Seyidov tutduğu vəzifədən azad edilib, meşəbəyi Nofəl Ələsgərov və meşə mühafizə mühəndisi Yasin İslamova isə töhmət verilib.

ETSN-in tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.

Tarix
2017.07.18 / 11:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla