Yuxarı

Canavarlar DSX-nin hərbçisinə hücum etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Canavarlar DSX-nin hərbçisinə hücum etdi

Zaqatala rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi və mülki şəxsə canavar hucum edib.

Report-un məlumatına görə, canavarların hücumuna məruz qalan, rayonun Aşağı Çardaqlar kənd sakini, 16 yaşlı Məhəmməd Məmmədov kəllənin gicgah nayihəsindən, Zaqatala Sərhəd Dəstəsinin (SD) əsgəri 19 yaşlı Bəxşiş Ərişad oğlu Əsgərov isə bədənin kürək nahiyəsindən ağır xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Məlum olub ki, 16 yaşlı Məhəmməd Məmmədov Azərbaycanın Gürcüstanla sərhədinə yaxın ərazidə, Aşağı Çardaqlar kəndi ərazisində meşə masivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hucumuna məruz qalıb.

M.Məmmədov həkimlərə bildirib ki, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib. Eyni canavar daha sonra ərazidə hərbi xidmətdə olan, Zaqatala SD-nin əsgəri B.Əsgərova hücum edərək onun kürək nahiyəsini dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunublar.

M.Məmmədovun müalicəsi Zaqatala RMX-nın infeksiya şöbəsində davam etdirilir. Ə.Əsgərov müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki hərbi hospitallardan birinə göndərilib.

Tarix
2017.07.19 / 10:57
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla