Yuxarı

Rus qubernator azərbaycanlı uşağı nəzarətə götürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus qubernator azərbaycanlı uşağı nəzarətə götürdü

Krasnoyarskdakı dəhşətli yanğında 5 ailə üzvünü itirən, özü isə ağır xəsarət alan İlyasov Hüseyn Vüqar oğlu yerli Uşaq Xəstəxanasının yanıq şöbəsindədir. Ağır dərəcəli yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən İlyasın həyatı uğrunda həkimlər əllərindən gələni əsirgəmirlər. Hüseynin səhhəti ilə bağlı durumu Krasnoyarsk diyarının qubernatoru Viktor Tolokonski şəxsi nəzarətinə götürüb.

Bu barədə Lent.az-a Krasnoyarskdakı diaspora fəallarından olan Nəsimi Həsənov bildirib.

Nəsimi müəllimin dediyinə görə, hazırda həlak olmuş həmyerlilərimizin meyitlərinin Azərbaycana göndərilməsi üçün müvafiq işlər aparılır.

“5 nəfərin sənədləşməsi işləri, habelə ekspertizası vaxt aparan məqamlardır. Ona görə, meyitlərin dərhal Azərbaycana göndərilməsi yubanır. Güman edirəm ki , sabah, uzağı biri günə meyitlər göndəriləcək”, deyə o bildirib.

Xatırladaq ki, Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda yanaraq ölən azərbaycanlı ailə üzvlərinin kimliyi məlum olub.

Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətindən verilən məlumata görə, ailənin başçısı Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü İlyasov Vüqar Tahir oğlu, onun ailə üzvləri - 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü İlyasova Xədicə Vüqar qızı yanğının qurbanı olub, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yanğın baş verən vaxt ana evdə olmayıb.

Tarix
2017.07.25 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla