Yuxarı

İrandan heroin keçirmək istəyən qadın saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan heroin keçirmək istəyən qadın saxlanıldı

Dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən uğurlu tədbirlər davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən Axar.az-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində “Astara” sərhəd nəzarəti məntəqəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızı İrandan Azərbaycana qayıdarkən saxlanılaraq, əşyalarına baxış keçirilib. Baxış zamanı əşyaların arasından 2 ədəd “ketçub” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkarlanaraq götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi, Azərbaycan vətəndaşı 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2017.07.28 / 01:03
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla