Yuxarı

İcra nümayəndəsini bıçaqlayan şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra nümayəndəsini bıçaqlayan şəxs saxlanıldı

Lənkəran rayonunda icra nümayəndəsinin müavinini bıçaqlayan şəxs saxlanılıb

Report-un məlumatına görə, rayonun Günəhir ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışan 40 yaşlı Mirzəyev Famin Mirhüseyn oğlunu bıçaqlyan Sumqayıt şəhər sakini Caniyev Amil Babarəhim oğlu saxlanılaraq istintaqa cəlb olunub. Onun polisə könüllü təslim olduğu deyilir. İlkin ifadəsində A.Caniyev kəndə toy məclisində iştirak etmək üçün gəldiyini, yeyib-içdikdən sonra toydan çıxıb və F.Mirzəyevlə sözləri düz gəlmədiyini, aralarında yaranan mübahisənin qan tökülməklə nəticələndiyini bildirib.

Xatırladaq ki, hadisə dünən axşam saatlarında Lənkəran rayonunun Günəhir kəndində baş verib. Günəhir kəndi Lənkəranın ən ucqar dağ kəndlərindən olduğuna görə yaralı xəstəxanaya çatdırılana qədər xeyli qan itirib. Sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Günəhir ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini F.Mirzəyev əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin vəziyyəti keçirilən əməliyyata uyğundur. Həyati təhlükəsi yoxdur. Vəziyyəti stabilləşməyə doğru gedir.

Faktla bağlı cinayət işi başlanıb.

Tarix
2017.07.31 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla