Yuxarı

Qarabağa görə həbs olunan fəal ölüm ayağındadır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir Təbrizin mərkəzi zindanında saxlanılan azərbaycanlı fəal Həbib Sasanian artıq 50-ci gündür aclıq aksiyası keçirir.

Bu barədə Axar.az-a fəalın yaxınları məlumat veriblər. Onlar Sasanianın səhhətinin getdikcə ağırlaşmasından ciddi narahat olduqlarını bildiriblər:

“Həbibin sağlamlıq durumu heç yaxşı deyil, onun qan təzyiqi 55-ə, qanındakı şəkərin miqdarı isə azalaraq sıfıra enib. O, aclıq aksiyasına başladıqdan indiyə qədər 22 kiloqram arıqlayıb. Həbib tez-tez ümumi zəiflikdən və halsızlıqdan huşunu itirir. O, davamlı olaraq sistem qoşulduqdan sonra özünə gəlir. Həmçinin Sasanianın bədəninin sağ tərəfi də öz hissiyyatını itirib.

Həbibə qarşı 5 ittiham irəli sürülüb, onlardan 4-ü artıq rədd edilib, lakin hazırda bir ittiham qalıb. Həmin ittiham yalnız Həbib məhkəməyə gələndən sonra onun özünə elan olunacaq”.

Qeyd edək ki, Həbib Sasanian iyunun 12-dən aclıq aksiyasına başlayıb. O, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) ona qarşı irəli sürdüyü ittihamların əsassız olduğunu və ədalətli məhkəmə keçirilərək azadlığa buraxılmasını tələb edir.

H.Sasanian 2016-cı il mayın 15-də 5 fəalla birlikdə Ərdəbildə saxlanılıb. Fəalın nədə ittiham olunduğu dəqiq məlum deyil. Bəzi mənbələr onun Azərbaycan-Ermənistan münaqişəsi və bu məsələ ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğunu iddia edirlər.

Tarix
2017.07.31 / 11:53
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla