Yuxarı

Erməni əsir Azərbaycanda başına gələnlərdən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayında ölkəsinə təhvil verilən erməni əsir Arsen Xocayan yenidən həkim müayinəsindən keçib.

Axar.az xəbər verir ki, 23 yaşlı Arsen Xocayan son günlərdə qarın, əl və ayaqlarındakı ağrılardan şikayətlənib. O, yerli jurnalistlərə Azərbaycanda əsirlikdə saxlanılmasından danışıb və ona neft iynəsi vurulması ilə bağlı iddiaları təkzib edib, ağrılarının əsirliklə heç bir əlaqəsinin olmadığını deyib:

"Bu iddialar doğru deyil. Mənə heç bir iynə vurmayıblar. Bəli, bəzən döyülmüşəm, amma bədənimə heç bir maye daxil etməyiblər".

Arsenin həkimləri də həmin məlumatları təkzib edib:

"Bu, müayinə zamanı ortaya çıxmasa belə, Arsenin bədənində izi mütləq qalardı. Ancaq bunlar mövcud deyil. Arsen Xocayanın xəstəxanada yatmadan müalicə alması, nəzarətimizdə qalması və müalicə kursunu keçdikdən sonra təkrar yoxlamalardan keçməsinə qərar vermişik".

Xatırladaq ki, Arsen Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib. Aprelin 10-da isə Arsen Xocayan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qazax rayonu istiqamətində Ermənistan tərəfinə təhvil verilib.

Tarix
2014.06.03 / 10:23
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla