Yuxarı

Bakıda dəhşətli yol terroru: 3 ölü, 1 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Suraxanı rayonunda 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verib.

Zığ qəsəbəsi yolunda "Hyundai" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Ağır qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə "Hyundai" markalı avtomobildə olan yaralı sərnişini çıxarıblar. O, Təcili Tibbi Yardım Stansiyası ilə xəstəxanaya çatdırılıb.

"Hyundai" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Mustafayev Eyyub Yaqub oğlunun və "Mercedes" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 2 sərnişinin cəsədləri avtomobildən çıxardaraq hüquq mühafizə orqanları əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. /APA/

Tarix
2014.06.04 / 02:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla