Yuxarı

Şirkətin vətəndaşlara vurduğu ziyan ödətdirilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yüksəliş-C" Mənzil-Tikinti Kooperativinin sədri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, istintaq kooperativinin təsisçisi və sədri Xaləddin Baxışovun öz qulluq mövqeyindən sui-istifadə etdiyi müəyyən edilib.

O, mənzil tikintisi haqqında müqavilələrə və maliyyə arayışlarına tamah niyyəti ilə yalan məlumatlar daxil edib. Kooperativ tərəfindən Xətai rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzillərin və qeyri-yaşayış sahələrinin bir hissəsini təkrarən ayrı-ayrı şəxslərə satıb. Bununla da 702 min manat məbləğində vəsaiti, payçılardan birinə 3 otaqlı mənzil əvəzinə 2 ədəd bir otaqlı mənzil verəcəyini vəd edərək bir mənzili rəsmiləşdirib digər mənzilə dair heç bir sənəd verməyərək 44 min manat məbləğində özgəyə məxsus külli miqdarda əmlakı dələduzluq yolu ilə ələ keçirib. Həmçinin 369 min manat dəyərində qeyri-yaşayış sahəsini ayrı-ayrı şəxslərə sataraq onların hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq, digər qanunsuzluqlara yol verib. Bu səbəblə ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2014.06.04 / 14:54
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla