Yuxarı

“İsmayıllı məhbusları”ndan prezidentə müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İsmayıllı məhbusları”ndan prezidentə müraciət

Ötən ilin yanvarında İsmayıllıda baş verən hadisələrdə təqsirli bilinərək həbs edilən rayon sakinləri və onların ailələri prezident İlham Əliyevə müraciət edəcəklər. Bu barədə "İsmayıllı məhbusları"nın ailə üzvlərinə istinadla Azvision.az xəbər yayıb.

Bu ilin martın 17-də İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhməkənin qərarı ilə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 5 il, REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il, digər İsmayıllı məhbusları - Səftər Ağamalıyev 8 il, Vasif İbrahimov 8 il, Anar Həsənov 8 il, Qəmbər Ağamalıyev 4 il 6 , Şükran Möhübalıyev 2 il 6 ay, Elşən Qurbanov 5 il 6 ay, Elşən İsmayıllı 5 il 6 ay, Cəfər Cəfərov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham olunublar.

Mayın 28-də - müstəqillik günü ilə bağlı son 10 ilin ən böyük əfvi verilsə də, Prezident yanında Əfv Komissiyası üzvləri növbəti əfvin olacağını bildiriblər. Növbəti əfvin Qurtuluş Günü – iyunun 15-də olacağı da istisna edilmir. Əfv Komissiyasının üzvü, millət vəkili Çingiz Qənizadə isə Axar.az-a açıqlamasında müxtəlif təşkilatların siyahısında olan və adı siyasi məhbus kimi hallandırılan bütün şəxslərin 2014-cü ilin sonuna qədər əfv ediləcəyini vurğulamışdı.

Tarix
2014.06.09 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat

İran bir neçə milli dövlətə parçalana bilər - Arkov

Bayramov Fidanla regional təhlükəsizliyi müzakirə etdi

Pezeşkianı eşitmədilər, qətliam oldu: ABŞ zərbə endirəcək

Ceyhun Bayramov venesuelalı həmkarı ilə danışdı

Azərbaycana görə qiymətlər azaldı - Paşinyan

Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos

Səfirimiz Rusiya XİN-də bunu müzakirə etdi

Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan

ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla