Yuxarı

“Kütləvi ixtisar yoxdur, cəmi 2 min işçini çıxarırıq”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni səhmdar cəmiyyətdə 11 min işçiyə ehtiyac yoxdur".

Bunu Axar.az-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də kütləvi işdənçıxarma ilə bağlı yaydığımız məlumatlara aydınlıq gətirən QSC sədrinin köməkçisi Vüqar Sadıqov bildirdi:

"Buna kütləvi işdənçıxarma demək olmaz. Bu, sadəcə olaraq, yeni qurumun yaradılması ilə əlaqədar olan təbii ixtisar prosesidir. Bildiyimiz kimi, cənab prezidentin sərəncamı ilə keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb. Keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyində təxminən 6 min, Xəzər Dəniz Neft Donanmasında isə 5 min adam işləyirdi. Yeni səhmdar cəmiyyətdə isə 11 min işçiyə ehtiyac yoxdur. Burada yeni və çevik kommersiya qurumu yaradılıb və onun da əsasında artıq ştat vahidləri ixtisara salınıb. Bu, təxminən, 1000-2000 arasında bir rəqəmdir".

İşdən çıxarılanlara ixtisaslarına uyğun işlər təklif etdiklərini deyən qurum rəsmisi bəzi şəxslərin bunu qəbul etdiyini, bəzilərinin isə qəbul etmədiyini bildirdi:

"İşdən azad edilənlər arasında xeyli sayda təqaüdçü yaşına çatmış var idi ki, onlar təqaüdə göndərildi. Həmçinin, öz ixtisası üzrə çalışmayanlar var idi və onlar ixtisara salındı. Bizdə əsasən işçinin tutduğu vəzifəyə uyğun gəlməsinə və yeni strukturda ona ehtiyac olub-olmamasına nəzər yetirilir. İşdən çıxarılanların bir xeyli hissəsi var idi ki, dünənə qədər öz ixtisasına uyğun işləmirdi, amma bizim başqa bir qurumumuzda onun ixtisasına ehtiyac var və biz onlara özümüz başqa işlər təklif etmişik. Bu təkliflə razılaşanlar və razılaşmayanlar var".

Vüqar Sadıqov işdən azad edilənlərin Xəzər Dəniz Gəmiçilik İdarəsinin keçmiş rəhbəri Aydın Bəşirovun qanunsuz yolla işə qəbul etdiyi işçilər olması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirdi:

"Bizdə elə bir məlumat yoxdur. Bu, hər hansı bir təhqiqatın, araşdırmanın mövzusudur və mən buna rəsmi heç bir şey deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, ixtisarlar yeni qurumun yaradılması ilə bağlı gedir və burada əsas meyar öz peşəsinə uyğunluq və professional keyfiyyətlərdir. Çünki yeni qurum mənfəətsiz, yəni ziyanla işləyə bilməz və ona görə ölçü götürülməlidir ki, müəssisə gəlirlə işləsin və işçilərin maaşı vaxtında verilsin. Bildiyimiz kimi, biz büdcədən maliyyələşmirik, yəni dotasiya almırıq. Yalnız yükdaşımalardan gələn gəlirlər hesabına tam təsərrüfatlı şirkət kimi işləyirik".

İxtisara salınacaq vəzifə və işçilərin sayının dəqiq bəlli olmadığını deyən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC sədrinin köməkçisi prosesin davam edəcəyini açıqladı:

"Bu, davam edən prosesdir və işlədikcə özünü göstərəcək. Əgər hansısa idarədə ixtisar aparılıb, filan qədər işçi işdən azad edilibsə və gələcəkdə görsək ki, burada əlavə işçiyə ehtiyac var, o zaman yeni ştat vahidləri yaradılacaq. Hər bir halda, fərdi yanaşma qaydası ilə bu məsələlərə baxılacaq".

Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi GSC-də kütləvi işdənçıxarma prosesinin başlandığı və işdən çıxarılanların əksəriyyətin keçmiş rəis Aydın Bəşirov tərəfindən qanunsuz işə alınanlar olması ilə bağlı Axar.az özəl mənbələrə istinadla xəbər yayıb. Xəbərdə bildirilir ki, qanunsuz işə götürülənlər əvvəlki rəhbərlik tərəfindən aldadıldıqlarını əsas gətirərək, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşırlar.

Tarix
2014.06.09 / 15:20
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla