Yuxarı

Hakim Aslan İsmayılovu məhkəmə zalından çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hakim Aslan İsmayılovu məhkəmə zalından çıxardı

Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatının üzvünün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Axar.az" "APA"ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə İlkin Rüstəmzadənin vəkili Xalid Bağırov vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin barəsində olan həbs qətimkan tədbirinin müddəti 4 gündür, başa çatsa da, o, qanunsuz olaraq həbsdə saxlanılır. Vəkil İlkin Rüstəmzadənin dərhal azadlığa buraxılmasını istəyib.

Dövlət ittihamçısı isə ötən prosesdə müdafiəçilərin verdikləri vəsatətlərə münasibət bildirib. Prokuror həmin vəsatətlərin əsasız olduğu üçün təmin olunmamasını xahiş edib.

Daha sonra dövlət ittihamçısı məhkəmə baxışının başlanmasını istəyib.

Vəkil Aslan İsmayılov isə deyib ki, dövlət ittihamçısı onunla bağlı vəsatətə münasibət bildirərkən yanlışlığa yol verib. Hakim Cavid Hüseynov Aslan İsmayılovdan əyləşməyi tələb edib. Vəkil isə onun bu şəkildə məhkəmə aparmasına etiraz bildirib. Bu zaman hakim vəkilin zaldan çıxarılmasını istəyib. A. İsmayılov zaldan çıxıb.

Vəkillər bir daha çıxış edərək vəsatətlərinin təmin olunmasını xahiş ediblər.

Təqsirləndirilən şəxslər isə iş üzrə məhkəmə baxışının başlanmasına razı olmadıqlarını deyib, cinayət işinə xitam verilməsini istəyiblər.

Məhkəmə müşavirəyə gedib.

Daha sonra prosesin sabah saat 10-na təyin olunduğu açıqlanıb.

Qeyd edək ki, ötən prosesdə Zaur Qurbanlı və İlkin Rüstəmzadənin vəkili Xalid Bağırov müdafiə etdiyi şəxslərin yanında əyləşmələri, prosesdə audio və video çəkilişlərin aparılmasına icazə verilməsi, İ. Rüstəmzadəyə xuliqanlıqla bağlı verilmiş ittihama xitam verilməsi barədə vəsatətə qaldırıb.

X. Bağırov vəsatətində Z. Qurbanlının digər vəkili Aslan İsmayılovun cinayət işinin materialları ilə tanış olmağa şərait yaradılmadığını bildirib. O bu qanun pozuntusuna görə, Z. Qurbanlı barəsində olan cinayət işinə xitam verilməsi və yenidən istintaq orqanlarına qaytarılması barədə vəsatət verib.

Hakim vəsatətlərin növbəti prosesdə müzakirəyə çıxarılacağını deyib.

Tarix
2013.11.21 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla