Yuxarı

Firma rəhbərinin 5 qohumu qəzada dünyasını dəyişib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Firma rəhbərinin 5 qohumu qəzada dünyasını dəyişib

Ötən gün Naxçıvan Muxtar Respublikasında baş verən ağır yol qəzasının qurbanları bir ailənin üzvləridir. Qəzada həlak olan 5 nəfər "Şirin" firmasının rəhbəri Tahir Əliyevin bacısı və onun övladları, nəvəsidir.

Məlumatı Axar.az-a T.Əliyevin qohumları verib. Onların sözlərinə görə, firmanın rəhbəri və digər işçiləri yas mərasiminə yollanıblar. Bu səbəbdən "Şirin" ən azı 3 gün işləməyəcək. Bu barədə işçilərə bu gün səhər məlumat verilib.

Xatırladaq ki, dünən axşam saatlarında Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən KamAZ markalı hərbi maşın minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik maşınında olan 7 nəfərdən 5-i hadisə yerindəcə həlak olub. Digər 2 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı təsdiqləyən Müdafiə Nazirliyi qəza zamanı yük maşınında olan hərbi qulluqçulardan birinin yüngül xəsarət aldığını bildirib.

Tarix
2014.06.12 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla