Yuxarı

Bu gün leysan olacaq, istilər sabahdan başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün leysan olacaq, istilər sabahdan başlayır

"Sabahdan etibarən ölkə ərazisində günəşli, yağmursuz hava şəraiti müşahidə olunacaq. İyun ayının 14-ü gündüz saatlarından başlayaraq soyuq hava nisbətən səngiyəcək və hava mülayimləşəcək".

Bu sözləri Axar.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirdi.

Onun sözlərinə görə, bu gün müşahidə olunan güclü küləkli hava şəraiti axşama qədər davam edəcək:

"Havanın temperaturu təxminən 22-26 dərəcədən yüksək olmayacaq. Bu iqlim normasından təxminən 2 dərəcə aşağı hesab olunur. Hava şəraitinin bu cür dəyişməsi qərbdən hərəkət edən soyuq atmosferin keçməsi ilə əlaqədardır. Respublikanın demək olar ki, əksər rayonlarında leysan yağışları qeydə alınır".

U. Tağıyevanın sözlərinə görə, iyun ayının 14-ü hava şəraiti mülayimləşəcək:

"Paytaxtda bu gün müşahidə olunan güclü şimal küləyi sabah mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu isə bu günə nisbətən 3-4 dərəcə yüksələcək".

Tarix
2014.06.13 / 12:47
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

F-35-lərin Türkiyəyə satışının qarşısını almaq üçün... – Cənubi Kipr

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla