Yuxarı

Deputat oğlunun obyektindəki qanlı olay – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat oğlunun obyektindəki qanlı olay – Video

Bir neçə gün əvvəl Kürdəmir rayon mərkəzi bazarının ərazisində yerləşən "Şəki" restoranında qanlı olay baş verib.

Mübahisə restoranın aşbazı olan Şamaxı sakini, 36 yaşlı Xəlilov Ramin Rasim oğlu ilə obyektin administratoru, Kürdəmir sakini 46 yaşlı Həsənov Füzuli Şamil oğlu arasında olub.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Onlar mətbəxdən götürdükləri bıçaqla bir-birlərinə bir neçə dəfə ağır xəsarətlər yetiriblər.

Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi Hüseyn Mənsimovun sözlərinə görə, hər iki yaralı hadisə şahidlərinin köməkliyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.

İşçilər arasında mübahisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.

Xəbər yayılanda bildirilmişdi ki, həmin olayın baş verdiyi restoranın yerləşdiyi bazar Kürdəmirdən seçilmiş millət vəkili Fərhad Qəribova məxsusdur.

F.Qəribov isə baş vermiş qanlı hadisə ilə bağlı verdiyi açıqlamada hadisədən xəbərsiz olduğunu söyləmişdi. Fərhad Qəribov onu da əlavə etmişdi ki, olayın baş verdiyi restoran ona yox, oğluna məxsusdur.

ANS

Tarix
2014.06.13 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla