Yuxarı

O, bu kənddə tək yaşayır...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, bu kənddə tək yaşayır...

ABŞ-ın Nebraska ştatına aid olan Monavi qəsəbəsi dünyanın ən kiçik qəsəbəsi olaraq tarixə düşüb. Çünki Monavidə sadəcə bir nəfər yaşayır.

1930-cu illərdə 120 nəfərlik əhalisi olan Monavi qəsəbəsi illər keçdikcə sakinlərini itirib. 2000-ci il əhali sayına görə qəsəbədə sadəcə Rudi və Elsi Eiler ailəsi yaşayırdı. Qəsəbənin qalan iki sakinindən Elsinin əri Rudi 2004-cü ildə öldükdən sonra qəsəbənin əhalisi 1 nəfərə düşüb.

Ümumi ərazisi 0,54 kv.km olan tək qəsəbənin orta yüksəkliyi 405 metrdir.

Qəsəbənin tək sakini olan Elsi Eiler artıq 10 ildir ki, 315 milyonluq əhalisi olan Amerikanın mərkəzində yerləşən bu ərazidə tək yaşayır. Qəsəbənin bələdiyyə sədri, kitabxanaçısı, katibi, Monavinin tək barının sahibi və xidmətçisi öğzüdür...

Elsi hər səhər yeməkdən sonra evindən 30 metr uzaqlıqdakı - qapısında "Qəsəbədə ən soyuq pivə burada" yazılmış barına yollanır. Pivənin soyuqluğu mövzusunda iddialıdır, çünki qəsəbədə ən soyuq pivə bu barda satılır.

Ayaqda duran tək evin sahibi

Elsi günortadan sonra bardan çıxıb vur-tut 10 metr uzaqlıqdakı kitabxanaya gedir. Bu kitabxananı ərinin vəsiyyətiylə yaradıb. Əlindəki kitabı təhvil verdikdən sonra yeni bir kitab seçir rəfdən... Kitabxana kartını özü doldurur, sonra da özü təsdiqləyir.

Monovinin memarlıq görüntüsü tək qatlı bir neçə yan-yana düzülmüş evdən ibarətdir. Elsi Eller yeni binalar düzəltmək istəyir. Monovinin ruhu pozulmasın deyə heç bir binaya da toxunmur. Məsələn, bir vaxtlar uşaq səslərinin dolduğu məktəb bir xarabaya dönüb indi. Məktəbin önündəki sarı məktəb avtobusu 40 il öncə daşıyıb ən son sərnişinlərini... Monovi kilsəsindəki həftəlik tədbirdə son çağırış bir cənazə mərasimi xəbəridir ki, o da 1960-ci ilə - Eilerin atasının cənazəsinə aiddir.

Özü özündən vergi alır

Elsi Eiler barın pəncərəsinə Monovi sakinləri üçün ara-sıra çağırışlar asır. Qəsəbənin ehtiyacı olan məsələləri üçün yığıncağa çağırır! Çağırışın altına da "Yalnız qəsəbə sakinləri üçün" yazmağı unutmur.

Özü özündən vergi alır. Nebraska qubernatorluğuna ərizə yazıb Monovinin bir ucundan digər ucuna qəsəbəni işıqlandıran 4 ədəd küçə lampası üçün təzminat istəyir.

Monovini Elsi Eilerin atası 1930-cu illərin əvvəlində, dəmir yolunun ətrafına iş və yeni bir həyat xəyalı ilə gələn ailələrlə birlikdə qurub. Özü burada doğulub, evlənib, illər öncə daha yaxşı bir həyat üçün böyük şəhərə gedən qızı və oğlu burada dünyaya gəlib...

Ümid etdikləri yeni həyat

Nə Obama, nə Əsəd, nə müharibələr, nə nüvə silahları... İşi gücü həyat... "Bilirəm, bir gün Monovi, sadəcə, bir xoş səda olacaq xatirələrdə... Və bütün bu evlər, xatirələr toza çevriləcək... Amma mən onları burada belə sevirəm. Və gücüm çatdığı yerə qədər burada qalacağam", - deyir.

Tarix
2014.06.15 / 12:55
Müəllif
Araz Əliyev
Digər xəbərlər

Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi...

Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib...

Azərbaycan və Qazaxıstan strateji müttəfiqdir

Kilsə ilə savaş: Paşinyanın planı budur

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla