"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin
kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri
monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin
yanvar-may aylarında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun
itkiləri 38 nəfər təşkil edib.
Bu barədə məlumat verən "Doktrina" JHAM direktoru Cəsur
Sümərinli qeyd etdi ki, ötən müddətdə 63 nəfər yaralanıb və ya
xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyalarını
dəyişənlərin 8-i döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 27-si
isə qeyri-döyüş itkiləridir.
6 – nəfər avtoqəzadan, 1 – nəfər naməlum səbəbdən, 4 – nəfər
qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 6 nəfər xəstəlikdən
dünyasını dəyişib. 10 nəfər intihar edib (asma, güllələmə,
intihar). Dünyasını dəyişənlərin 33-ü Müdafiə Nazirliyinin, 3-ü
Ədliyyə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Dövlət Sərhəd
Xidmətinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (63 nəfər) C.Sümərinli
bildirdi ki, onların 15-i qeyri-nizamnamə hadisələrindən (o
cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 10-u erməni
gülləsindən, 8- nəfər mina partlayışından, 2 nəfər təlimdə, 21-i
isə avtoqəza nəticəsində, 1 nəfər bədbəxt hadisədən (elektrik
cərəyanı) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib.
55 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 4 nəfər Daxili
Qoşunlar, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə
Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi
qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət
yerinə qayıdıblar.
Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından
dünyasını dəyişib. Ötən dövrdə Azərbaycanın üç mülki vətəndaşı
erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda 3 Ermənistan
mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).
Ümumilikdə, aprelin 30-na olan məlumatlara görə, Azərbaycanda bir
erməni əsir və 5 mülki şəxsə saxlanılır.
Musavat.com