Yuxarı

Qırmızı Körpüyə gələn yol təmir edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Hökuməti 2018-ci ildən ölkənin əsas magistral yollarından biri olan Rustavi-Qırmız Körpü magistralı yolunun əsaslı təmir və yenidən qurulması işlərinə başlayacaq.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili bildirib.

Baş nazir deyib ki, bu yol Kvemo Kartli bölgəsinin inkişafında mühüm rol oynayır. Bu bölgədə 19 yeni müəssisə açılıb. Bu günə qədər fəaliyyətdə olan 131 müəssisə isə fəaliyyətini daha da genişləndirib. Regionun inkişafı üçün bir sıra tədbirlər görüləcək, investisiya mühiti daha da yaxşılaşdırılacaq, yol infrastrukturu yaradılacaq. Rustavi-Qırmızı Körpü yolunun təmiri də bu işlər planına daxildir. Bu yolun təmirinə və yenidən qurulmasına təqribən 322 milyon lari (təqribən 130 milyon dollara yaxın) vəsait xərclənəcək. Eyni zamanda, Rustavi-Sadaxlo magistralı da yenidən qurulacaq. Bu yolun təmirinə 285 milyon lari xərclənəcək.

Hökumət başçısının sözlərinə görə, regionun elektrik enerjisi ilə təminatına da xüsusi diqqət yetiriləcək. Yenicə istifadəyə verilmiş “Marneuli 500” elektrik yarımstansiyası bölgənin elektrik enerjisinə olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində mühüm rol oynayır. Yeni yarımstansiyaların tikintisi də nəzərdə tutulub.

Baş nazir bildirib ki, Dmanisi, Bolnisi, Marneuli, Tetriskalo, Tsalka rayonlarında da su, enerji təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görüləcək.

Tarix
2017.10.01 / 12:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla