Yuxarı

Sürücülər bu yerlərdə maşını pulsuz park edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də parklanma yerləri ilə bağlı sırf texniki xarakterli dəyişikliklər edildi. Texniki xarakter o deməkdir ki, heç bir yeni norma, qayda yoxdur, sadəcə aşağı normativ akt qanuna uyğunlaşdırılır. Bu, “Bakıda hamının park yeri olacaq, yaxud bundan sonra heç kəsin avtomobili evakuasiya edilməyəcək” demək deyil.

Bu sözləri Axar.az-a “Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də edilən dəyişikliklər barədə danışarkən deyib. Ə. Hüseynov bildirib ki, əsasnaməyə edilən dəyişikliyi bir çoxları yanlış anlayıb. Ekspert bildirib ki, hər şey Nazirlər Kabinetinin fərdi parklanmaya görə verəcəyi talon, həmin talonların verilmə qaydası, bunun üçün hansı sənədlərin lazım olacağı detalları müəyyən ediləndən sonra məlum olacaq:

“Bakıda və digər yerlərdə yaşadıqları binanın qarşısında ödənişli parklanma yeri olanlara fərdi talonlar veriləcək və həmin şəxslər o parklanma yerlərində öz avtomobillərini pulsuz saxlaya biləcəklər. Bir binada yaşayan sakin həmin binanın ətrafında öz avtomobilini saxlamalıdır. Başqa variant yoxdur. Bina sakinləri orada öz avtomobillərini saxlayarkən ödəniş etsələr, ciddi maliyyə itkilərinə məruz qalarlar. Qanundakı həmin dəyişilik ona yönəlib ki, vətəndaş öz evinin yanındakı parklanma yerindən pulsuz istifadə edə bilsin”.

Qeyd edək ki, parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan və avtomobili olanlar üçün pulsuz parklanma yerləri ayrılacaq. Bunun üçün onlara fərdi parklanma talonu veriləcək.

Tarix
2017.10.13 / 08:45
Müəllif
Bayan Nigar
Şərhlər
Digər xəbərlər

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla