Yuxarı

Suriyada daha bir azərbaycanlı öldürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada daha bir azərbaycanlı öldürüldü

Suriyada öldürülən daha bir azərbaycanlının şəxsiyyəti müəyyənləşib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, iyunun 9-da Suriyanın Raqqa şəhəri yaxınlığında Bəşər Əsəd qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində həlak olan azərbaycanlının Tərtər rayon sakini, 1981-ci il təvəllüdlü İlqar Çingiz oğlu Əliyev olduğu müəyyən edilib.

Onun bir müddət əvvəl Azərbaycanı tərk edərək Suriyaya getdiyi və "İraq Şam İslam Dövləti" silahlı qruplaşmasına qoşulduğu bildirilir.

Xatırladaq ki, İ. Əliyevin öldürülməsi barədə azərbaycanlı döyüşçülər 10 gün əvvəl sosial şəbəkələrdə məlumat yayıblar. Döyüşçülər İ. Əliyevin meyitinin fotosunu da paylaşıblar.

Polis əməkdaşları məhz bu fotonun köməkliyi ilə onun şəxsiyyətini müəyyən edə biliblər.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

APA

Tarix
2014.06.21 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla