Yuxarı

ABŞ Qarakənd faciəsi ilə əlaqədar bəyanat verib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Qarakənd faciəsi ilə əlaqədar bəyanat verib

ABŞ Dövlət Departamentinin mətbuat katibi 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonundakı Qarakənd səmasında törədilmiş terror aktı ilə əlaqədar bəyanatla çıxış edib.

"Axar.az"ın xəbərinə görə, məlum olduğu kimi, həmin gün içərisində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarından ibarət sülhyaratma missiyasının üzvləri olan Mİ-8 helikopteri erməni silahlıları tərəfindən vurulub, nəticədə Azərbaycanın siyasi elitası da daxil olmaqla helikopterdəki bütün sərnişinlər həlak olub. Bu hadisə həmin ilin sentyabr ayında Jeleznovodsk şəhərində başlayıb sülh danışıqlarının dayandırılmasına səbəb olub.

Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bildirib ki, o dövrdə baş verən çoxsaylı faciələrdən biri olub. 1991-ci il 20 noyabr hadisəsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə əngəl yaranıb.

Cen Psaki daha sonra deyib ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla tənzimlənməsi regionda sabitliyə, tərəqqiyə və barışığa gətirib çıxara bilər.

Tarix
2013.11.22 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla